Rusiya dövlət atom enerjisi korporasiyası olan Rosatom Buşehr Atom Elektrik Stansiyasına rusiyalı mütəxəssislərin geri qaytarılmasına başlayıb.
KONKRET.az xəbər verir ki, bunu “Rosatom”un rəhbəri Aleksey Lixaçov jurnalistlərə açıqlamasında bildirib.
O, bildirib ki, artıq ilk beş rusiyalı mütəxəssis stansiyada fəaliyyətə başlayıb.
Lixaçov qeyd edib ki, ABŞ və İran arasında qarşıdurmanın yenidən kəskinləşməyəcəyi təqdirdə, yaxın iki həftə ərzində İrana daha bir neçə onlarla əməkdaşın göndərilməsi planlaşdırılır.
Hazırda “Buşehr” AES-də çalışan rusiyalı mütəxəssislərin sayı 25 nəfərə çatıb.
“Əgər hər şey yaxşı getsə, artıq payızda layihədə çalışan əməkdaşlarımızın sayını 100 nəfərə çatdıracağıq. Əlbəttə, daha əvvəl İrandan təxliyə edilmiş bütün mütəxəssisləri mümkün qədər tez geri qaytarmaq planımız var. Lakin müharibədən əvvəlki göstəricilərə qayıtmaq yalnız ABŞ və İran arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı yekun razılaşmaların əldə olunmasından sonra mümkün olacaq”, – deyə o bildirib.
