Rusiyalı nazirdən Türkiyə üçün önəmli açıqlamabackend

Rusiyalı nazirdən Türkiyə üçün önəmli açıqlama

Rusiyanın Sənaye və Ticarət naziri Denis Manturov Türkiyə ve Rusiya arasındakı əsgəri-tekniki sahədə əlaqələrinin əhəmiyyətli dərəcədə inkişaf etdiyini vurğulayaraq Türkiyənin S-400 məsələsində səbr nümayiş etdirməsini yüksək qiymətləndirib. Nazir bildirib ki, S-400-lərin ilk təhvili qısa bir zamanda başlayacaq. Manturov “İnterfaks”a açıqlamasında çox sayda ölkənin S-400 raketlərinə maraq göstərdiyini deyib. “Çinin satın aldığı S-400 raket kompleksi artıq verilir”,- deyən Manturov Çinlə müqavilənin 2015-ci ilin aprelin 15-də imzalandığını xatırladıb. Türkiyənin S-400 kompleksinə ciddi marağı ABŞ tərəfindən böyük təzyiqlə qarşılanıb. Denis Manturov bunun nəzərdən qaçılmadığını önə çəkib. S-400 raket kompleksinin təhvil-təslim edilməsində bütün qərarlar alınıb: “S-400 silahlarının Türkiyəyə ilk təhvil verilməsi qısa bir zamanda başlayacaq. Türkiyə ve Rusiya arasındakı əskəri-texniki sahədə işbirliyi ve uyğulanması mühüm istiqamətdə irəliləyir ve gerçəkləşməsi üçün əlimizdən gələni edirik,-deyə Rusiyalı nazir bildirib. Türkiyənin Xarici İşlər naziri Mövlud Cavuşoğlu isə dünənki açıqlamasında deyib ki, Amerikadan nə açıqlama gəlirsə gəlsin, biz artıq S-400-ü aldıq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*