“İran İrəvanla Bakı arasında sülh müqaviləsini tanımaya və qoşun göndərə bilər”.
KONKRET.az xəbər verir ki, bunu erməni mediasına müsahibəsində rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasov deyib.
O bildirib ki, İran Ermənistan-Azərbaycan sülh müqaviləsini tanımaya bilər və fəsadlar yarana bilər. İran İslam Respublikası hətta öz qoşunlarını bu zonaya göndərməyə hazırdır.
Onun fikrincə, “Zəngəzur dəhlizi” mövzusu İranın həssas yeridir. Yolun Rusiya FTX-nin nəzarətində olması İranı qıcıqlandırır, çünki o, qorxur ki, onlar (Türkiyə və Azərbaycan – red.) rusları qovub, nəzarəti ələ keçirə və türk körpüsü yarada bilərlər.
“Məncə, bunların hamısı uydurmadır. Ola bilsin ki, Əliyevlə Paşinyan bu şəxsi söhbətləri kənarda aparır, amma ictimai səviyyədə hələ də əhəmiyyətsiz bəyanatlar verilir”,- deyə ekspert hesab edir.
O, Paşinyanın Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyinə işarə edib, Ərdoğan Azərbaycanla Naxçıvan arasında dəhlizin açılmasını şərt qoyur.
“İran bütün bu vəziyyətdən razı deyil. Noyabrın 9-da İrəvan, Moskva və Bakı arasında fəal surətdə tələskən Türkiyənin dolayısı ilə iştirakı ilə bəyanat imzalandı. Putin buna icazə vermədi. Türkiyənin Qarabağla heç bir əlaqəsi yoxdur (Guya Rusiyanın var – red.). Tarixən bu, danışıqlara dəvət olunmayan İranın təsir zonasıdır.
Tehran hesab edir ki, Qarabağın statusunu müəyyən etmək olar, kommunikasiyalar və sairdən danışmaq olar, amma saziş onun iştirakı ilə imzalanmalıdır. İran sülh sazişini tanımaya bilər, fəsadlar yarana bilər. Tehran hətta öz qoşunlarını bu zonaya göndərməyə hazırdır. İrəvan və Bakı İranla da bu problemi həll etməli olacaq”, – deyə politoloq əlavə edib.
Xuraman Etibarlı,
KONKRET.az
