Rusiyalı politoloq və hərbi ekspertlər TƏŞVİŞDƏ – Heykəlciklər olan bağlamalar aldılarbackend

Rusiyalı politoloq və hərbi ekspertlər TƏŞVİŞDƏ - Heykəlciklər olan bağlamalar aldılar

Rusiyalı politoloq və hərbi ekspertlər heykəlciklər olan bağlamalar alıblar.

KONKRET.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb. Bildirilir ki, ən azı 5 nəfər eyni vaxtda heykəlciklər olan şübhəli bağlamalar alıb.

Davamlı olaraq ictimai-siyasi tok-şoularda iştirak edən politoloq Konstantin Sivkovun Ulyanovskdan özünü Nikita Barin kimi təqdim edən naməlum göndəricidən bağlama aldığı məlumdur.

Ekspertin sözlərinə görə, eyni “hədiyyələr” onun həmkarları Vladislav Şurıginə, Konstantin İsayevə, Timofey Sergeyçevə, eləcə də TASS agentliyinin müxbiri Mixail Tereşşenkoya çatdırılıb.

Bağlamalar polis tərəfindən yoxlanılıb. Onlardan birində SSRİ marşalı Jukovun büstü aşkarlanıb. Çatdırılan yüklərin təhlükəli məzmunu barədə məlumat verilməyib.

Xatırkadaq ki, aprelin 2-də Sankt-Peterburqda Universitetskaya sahilində partlayış baş verib. Hərbi müxbirr Vladlen Tatarski həlak olub, 40-dan çox insan yaralanıb.

Partlayışa Darya Trepova tərəfindən mərhuma verilən heykəlcik səbəb olub.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*