Son illər Rusiyada insanlar laktoza dözümsüzlüyündən daha çox əziyyət çəkməyə başlayıblar. Ənənəvi olaraq genetik hesab edilən xəstəlik indi getdikcə daha çox qazanılmış forma kimi diaqnoz qoyulur.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, ikincili laktoza çatışmazlığının aşkar edilmiş hallarının sayı son 5 ildə 4 dəfə artıb. Patologiya 20-40 yaş arasındakı qadınlar arasında daha geniş yayılıb. Bu, bağırsağın daha yüksək həssaslığı və laktoza fermentinin istehsalına birbaşa təsir edən mədə-bağırsaq xəstəliklərinin sayının artması ilə əlaqədardır. Rusiyalı qastroenteroloq Rustem Sadıkov bildirir ki, məhz bu səbəbdən dözümsüzlük yaranır.
Birincili genetik laktoza çatışmazlığının statistikası da artıb. Son dəqiqləşdirilmiş məlumatlara görə, xəstəlikdən rusiyalıların 46%-i əziyyət çəkir. Son 10 ildə göstərici orta hesabla 2 dəfə artıb. Ən yüksək göstərici Şimali Osetiyada, Dağıstanda və Çeçenistandadır: orada patologiya əhalinin 80%-də rast gəlinir.
Qeyd edək ki, rusiyalılar bitki mənşəli südü daha çox alırlar. Məsələn, ən populyar laktozsuz süd növü banan südü olub: 2025-ci ilin martından 2026-cı ilin iyuluna qədər 8 milyon litr, 1,17 milyard rubl məbləğində satılıb. İkinci yerdə badam südü var. Eyni dövr ərzində 6,87 milyon litr, 1,52 milyard rubl. Üçlüyü kokos südü bağlayır — 1,26 milyon litr, 272,4 milyon rubl.
Bitki mənşəli südün istehlakına görə liderlər Moskva, Moskva vilayəti, Sankt-Peterburq və Leninqrad vilayəti olub. Ən aşağı göstərici isə Çeçen Respublikasında qeydə alınıb — 1000 nəfərə 0,001 litr.
Ağagül Mürsəlov,
KONKRET.az
