Rusiyanın “arzuolunmaz şəxs” elan etdiyi separatçı Ermənistanın müdafiə naziri olacaq? – İDDİAbackend

Rusiyanın "arzuolunmaz şəxs" elan etdiyi separatçı Ermənistanın müdafiə naziri olacaq? - İDDİA

Erməni separatçı Samvel Babayan Rusiyada arzuolunmaz şəxs olduğunu etiraf edib.

KONKRET.az erməni mətbuatına istinadla bildirir ki, son vaxtlar Ermənistanda Babayanın Ermənistanın Müdafiə naziri vəzifəsinə təyin edilməsi barədə şayiələr yayılıb.

Babayan Rusiyanın 44 günlük müharibə dövründəki hərəkətsizliyini tənqid etməsilə diqqət çəkmişdi.

Müdafiə idarəsinin başçısı Rusiya ərazisinə girişi qadağan edilmiş şəxsdirsə, Ermənistan hakimiyyət strateji müttəfiqi Rusiya ilə necə işbirliyinə getməsi aydın deyil.

Qeyd edək ki, son seçkilər zamanı Babayanın partiyası parlamentə namizəd olub və cəmi 1% qazanıb.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*