“Rusiyanın böyük qələbəsi”, “Türkiyənin NATO-ya paz vurması” – Alman ekspertin qənaətibackend

“Rusiyanın böyük qələbəsi”, “Türkiyənin NATO-ya paz vurması” – Alman ekspertin qənaəti

Türkiyə S-400-lə bağlı durum üzündən NATO-dan çıxa bilər.

Konkret.az xəbər verir ki, bu barədə Almaniyada çıxan Focus Online qəzeti yazıb. Məqalə müəllifi Rusiyanın Türkiyəyə S-400 raket kompleksi satmasını “Putinin böyük qələbəsi” adlandırıb.

Ekspert Tomas Egerin rəyinə görə, Vaşinqton bu sazişə görə Türkiyəyə sanksiya tətbiq etməyə məcbur olacaq, Ankara isə buna NATO-dan çıxmaqla cavab verə bilər.

“Bu, NATO üçün böyük geostrateji itki olacaq”, – Eger yazır.

Professor izah edir ki, bu münaqişənin nəticəsi Türkiyə prezidenti Ərdoğanın öz siyasi gələcəyinin təminatını nədə görməsindən asılı olacaq. “Ancaq hətta Ankara radikal qərarlardan imtina etsə də, artıq NATO-ya paz vurulub”, – o, qeyd edir.

“Türkiyə ilə sazişin sayəsində Rusiyanın dünyadakı nüfuzu sürətlə artır, rusiyalı hərbçilər isə məxfi göstəricələrə çıxış əldə edəcəklər”, – Eger bildirir.

Qeyd edək ki, S-400-lərin Türkiyəyə daşınması iyulun 12-dən başlayıb. ABŞ-ın Ankaraya sanksiya tətbiq etməsi isə gələn həftənin sonlarında gözlənilir.

Vaşinqton narahatdır ki, Rusiyadan alınmış raket sistemi onun F-35 tipli qırıcı təyyarələri üçün təhlükəli olacaq.

Konkret.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*