Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya kömək etmək üçün istifadə imkanlarını nəzərdən keçirəcək.
KONKRET.az xəbər verir ki, bu fikri Avropa Şurasının rəhbəri Şarl Mişel səsləndirib.
O bildirib ki, məsələ oktyabrın 25-də Almaniyada keçiriləcək konfransda qaldırıla bilər.
“Biz dondurulmuş aktivlərə və onlardan Ukraynanın yenidən qurulması və Ukraynaya yardım üçün istifadəsinə baxmalıyıq” – deyə o bildirib.
Günel Mikayılova,
KONKRET.az
