Ukrayna müharibənin 1638-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 471 160 hərbçi, 12 276 ədəd tank, 25 162 ədəd zirehli döyüş maşını, 48 205 ədəd artilleriya sistemi, 2043 (reaktiv yaylım atəş sistemi), 1 577 hava hücumundan müdafiə sistemi, 439 ədəd hərbi təyyarə, 354 ədəd helikopter, 2311 ədəd yerüstü robot-texnika kompleksi, 469 197 ədəd PUA, 136 318 ədəd avtomobil texnikası, 5 010 qanadlı raket, 35 gəmi/kater, 2 sualtı qayıq, 4 548 xüsusi avadanlıq itirib.
