“Rusiyanın Ukraynadakı müharibəsi liberal demokratiyaya qarşı səlib yürüşüdür”.
KONKRET.az xəbər verir ki, bu sözlər Almaniyanın kansleri Olaf Şoltsa aiddir.
Berlindəki sammitdə çıxış edən kansler Ukraynada baş verənləri “kollektiv Qərb” üçün təhdid adlandırıb:
“Yanılmayın, Rusiyanın iyrənc aqressiyasından qorunmaq üçün biz dəstəyimizi davam etdirəcəyik. Bütün bu vaxt ərzində Putin və onun köməkçiləri aydın şəkildə bəyan ediblər ki, bu savaş yalnız Ukrayna üçün deyil. Onlar öz savaşlarını liberal demokratiyaya qarşı böyük səlib yürüşünün bir hissəsi sayırlar. Beynəlxalq asayiş, azadlıq və inkişaf, bizim həyat tərzimizə, ən əsas da Putinin “kollektiv Qərb” adlandırdığına qarşı səlib yürüşü. O bizim hamımızı nəzərdə tutur. Bax buna görə də Ukrayna qalib gəlməlidir ki, liberal demokratiya və dünya zəfər çalsın”, – deyə Şolts bəyan edib.
Anar Rəhimov,
KONKRET.az
