Rusiyanın MƏKRLİ PLANI: Bu məqsədlə Azərbaycanla ikitərəfli müqavilə imzalamağa çalışır – DETALLARbackend

Rusiyanın MƏKRLİ PLANI: Bu məqsədlə Azərbaycanla ikitərəfli müqavilə imzalamağa çalışır - DETALLAR

Rusiyanın bölgəyə münasibətini dəyişməyib, sadəcə Kreml öz maraqlarını reallaşdırmağa çalışır. Bakının nöqteyi-nəzərindən baxsaq, Rusiya hərbi qüvvələrinin Azərbaycandakı mövcudluğu yalnız 9 Noyabr bəyanatında təsbit edilib. Lakin sülhməramlı qüvvələrin səlahiyyətlərini möhkəmləndirmək üçün Rusiya Federasiyası ilə Azərbaycan arasında ən azı ikitərəfli müqavilə imzalanması vəzifəsi qarşıya qoyulub”.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri keçirdiyi mətbuat konfransında politoloq Kiro Manoyan səsləndirib.

O bildirib ki,  Azərbaycan Rusiya ilə belə bir müqavilə imzalamaqdan çəkinir, lakin Rusiya sərt bəyanatlarla sənədin imzalanmasına nail olmağa çalışır:

“Yəni Rusiya Azərbaycana qarşı mövqeyini dəyişməyib və mümkün qədər rəsmi Bakıya təsir etməyə cəhd göstərir. Bu ən azı son  15-20 ildir ki, belə davam edir. Lakin Rusiya bir az gecikib. Çünki artıq Türkiyənin Azərbaycana, o cümlədən də bölgəyə hərbi qüvvə yerləşdirməsinə imkan verib” – Manoyan vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

  • Garachanta
    Sentyabr 10, 2021 - 18:40

    Azərbaycan Xalqı Tarixi Unutmadı və Unutmayacaq!!! Qədim Torpaqlarımızı Zatən Rus Gavurları İşğal Ediblər!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*