Liberal Demokrat Partiyası Rusiyanın Qırğızıstandakı səfirini geri çağırmağı və respublika ilə iqtisadi əlaqələri kəsməyi tələb edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə partiya lideri Vladimir Jirinovski özünün telegram kanalında bildirib. “Bir qırğız kassirin üzünə hüci\um etdi, çünki ona qırğız dilində yox, rus dilində cavab verdi. Bütün postsovet məkanında rusları lağa qoyur və öldürürlər! Ukraynadan Orta Asiyaya qədər! Nə vaxta qədər buna dözəcəyik?!
Sabah Qırğızıstan səfirliyində piketlər təşkil edəcəyik. Rusiya səfirinin bu ölkədən geri çağırılmasını və iqtisadi əlaqələrin kəsilməsini tələb edəcəyik!”, – deyə Jirinovski bildirib. Xatırladaq ki, Qırğızıstan sakini kassir qıza rus dilində cavab verdiyinə görə ona kalkulyator atmışdı. Hadisə Bişkekdəki uşaq parkında baş verib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
