Rusiyanın rüsvayçılıq XRONİKASI: Paşinyanın əlinə Putini alçaltmaq üçün TARİXİ FÜRSƏT DÜŞÜB – ƏTRAFLIbackend

Rusiyanın rüsvayçılıq XRONİKASI: Paşinyanın əlinə Putini alçaltmaq üçün TARİXİ FÜRSƏT DÜŞÜB - ƏTRAFLI

“Paşinyan Putinə cavab verə və xatırlada bilər ki, əslində “Xerson Ukraynadır”. Yaxud da o susacaq. Beləliklə bu, Rusiya üçün daha da alçaldıcı olacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni analitik Hraçya Qalustyanın dərc etdiyi məqalədə yazılıb.

Erməni müəllif daha sonra fikirlərini belə davam etdirib: Vladimir Putin Çeçenistan başçısının həyat yoldaşı Medni Kadırovaya qəhrəman ana titulunu verib. “Qəhrəman ana” ordeni 2022-ci ilin avqustunda təsis edilib. On və daha çox uşaq dünyaya gətirən və böyüdən qadınlara verilir. Yəni, “dünyanın ikinci ordusu”nun Xerson uğrunda döyüşlərdə biabırçı məğlubiyyətindən sonra Putin və onun imicmeykerləri başqa heç nə düşünə bilməyiblər”.

Putin necə aşağılanıb?

“Avqustun sonunda Ukrayna Silahlı Qüvvələri Xerson vilayəti də daxil olmaqla, hücum əməliyyatlarına başlayıb. Lakin bu, yalnız başlanğıc idi. Bu günə qədər demək olar ki, bütün Xarkov vilayəti azad edilib. Ukrayna ərazisinin yalnız 1,79%-i işğaldan azad edilməmiş qalıb. Eyni zamanda rus ordusunun əsas biabırçılığı məhz 9 noyabr tarixində baş verdi. Məhz həmin gün Rusiya müdafiə naziri Sergey Şoyqu hərbçilərin Xersondan və Xerson vilayətinin sağ sahilindən çıxarılmasına başlamaq barədə əmr imzaladı. Artıq noyabrın 11-də Ukrayna qüvvələri Xersona daxil olub və hərbi kəşfiyyat bunu təsdiqləyib. Eyni zamanda, Xerson vilayətinin sakinlərinin ukraynalı döyüşçüləri qarşılamaq üçün küçələrə çıxdıqları haqda sosial şəbəkələrdə foto və videolar paylaşılıb. Bu, Kreml təbliğatçılarının Xersonun Rusiyaya mənsub olması ilə bağlı bütün “arqumentlərini” məhv etdi. Və noyabrın 14-də Xersonda prezident Zelenskinin iştirakı ilə rəsmi olaraq Ukrayna bayrağı qaldırıldı. Lakin Zelenski bununla kifayətlənmir. Ondan Ukrayna Silahlı Qüvvələrinin indi hara hücuma keçəcəyi haqda soruşulub. Zelenskinin cavabı “Moskva deyil” olub. Bu, Putinin aşağılanmasına bərabər bir addımdır.” – erməni müəllif bildirib.

Dünənə qədər Kremldə “təlxək” adlandırılan Zelenskinin cavabı ilə müqayisədə hələ də KTMT-nin mövcudluğunun məqsədəuyğunluğu məsələsini gündəmə gətirən təbliğatçı Vladimir Solovyovun təlxəkliyi özünü daha qabarıq göstərir: “Ərazilərimiz işğal edildi – Zaporojye, Luqansk, Xerson vilayəti. KTMT haradadır? Bəzi təşkilatların mövcudluğunun mənası nədir? Bir şeyə ehtiyacımız olanda, onlar yanımızda yoxdurlar” – Solovyev deyib. Hansıdır “sizin əraziləriniz”? Dünyada kim onları rus ərazisi kimi tanıyıb? Heç kim. Üstəlik, Rusiya ordusunun məğlubiyyətə uğraması və onun Xersondan qaçması ilə Nikol Paşinyanın iki il əvvəl kapitulyasiya imzalamağa məcbur olması eyni günə təsadüf edib və bu, çox simvolikdir. Bu tarixlərin simvolizmi Solovyovun isterikasından aydın görünür. Çünki Ermənistan KTMT və Rusiyadan  Türkiyə-Azərbaycan tandemindən qorunmaqla bağlı xahiş etdikdə, heç bir kömək olunmadı. Əksinə, Putin “Qarabağ Azərbaycanın ərazisidir” fikirlərini səsləndirdi. İndi Paşinyanın hesablaşmaq üçün fürsəti var.  Paşinyan “Xerson Ukraynadır”, fikirini səsləndirə bilər. Yaxud da o, heç nə deməyə və sadəcə olaraq susa bilər. Beləliklə bu, Rusiya üçün daha da alçaldıcı olacaq” – Hraçya Qalustyan məqaləsini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*