Rusiyanın S-400-ü, tanker və yük gəmiləri vuruldu – yaralananlar var backend

Rusiyanın S-400-ü, tanker və yük gəmiləri vuruldu - yaralananlar var 

Ukrayna ordusu 9 avqusta keçən gecə Belqorod və Gelencik şəhərlərinə PUA hücumu edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi (Madyar) məlumat yayıb.

Belqorod şəhərinə hücum nəticəsində 13 nəfər yaralanıb. Yaralananlar arasında iki uşağın olduğu bildirilib.

Partlayışlar nəticəsində bir neçə çoxmərtəbəli yaşayış binasına, inzibati və kommersiya obyektlərinə ziyan dəyib. Bəzi binalarda yanğın baş verib, avtomobillər də zərər görüb.

Rusiya tərəfinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri bir sıra PUA-ları məhv edib. Lakin dronların qalıqları və birbaşa zərbələr nəticəsində şəhərin müxtəlif ərazilərində yaşayış binaları və digər obyektlərə ziyan dəyib.

Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi (Madyar) bildirib ki, Ukrayna ordus Gelencik şəhərində S-400 hava hücumundan müdafiə sistemini vurub.

Onun sözlərinə görə, Rostov vilayəti və Krasnodar diyarında da iki ədəd HHM sistemi və iki ədəd radiolokasiya stansiyası sıradan çıxarılıb.

Bundan başqa, Qara dənizdə Rusiyanın “kölgə donanması”na məxsus bir tanker və iki ədəd yük gəmisinə də zərbələr endirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*