Dövlət Dumasının sədri Vyaçeslav Volodin rublla ödənişdən imtina edən ölkələrə qaz nəqlinin dayandırılması qərarını dəstəkləyib. O bildirib ki, dost olmayan dövlətlərə qarşı belə tədbirlər görülməlidir.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Volodin getdikcə daha çox ölkənin Rusiya qazının pulunu rublla ödəməyə razılaşdığını diqqətə çatdırıb:
“Avropa Birliyi başqalarının hesabına yaşamağa öyrəşib. Əvvəlcə müstəmləkələrin hesabına yaşayıb. İndi də Rusiya onları qızdırmaq məcburiyyətindədir. Avropa isə bizə həyasızcasına, “7 ildən sonra Rusiya qazından imtina edəcəyik” deyir. “Biz niyə gözləməliyik?”. Strateji əlaqələrdən imtina edirsinizsə, ən azı bir il Rusiyasız yaşayın” – Vyaçeslav Volodin fikirlərini yekunlaşdırıb.
Xatırladaq ki, Avropa Komissiyası Aİ ölkələrinə 2030-cu ilə qədər Rusiyanın kömür, neft və qazından imtina planını təklif edib.
Müşviq Tofiqoğlu,
KONKRET.az
