Rüstəm Muradov məhbusların qayıtmasından sonra İrəvanda açıqlama verdi – VİDEObackend

Rüstəm Muradov məhbusların qayıtmasından sonra İrəvanda açıqlama verdi - VİDEO

Rusiya tərəfinin Qarabağla bağlı üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsini təmin etmək üçün fəaliyyəti davam edəcək.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bunu Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradov bir qrup erməni hərbi əsirin təyyarə ilə İrəvana təhvil verilməsindən sonra mətbuata açıqlamasında deyib.

“Üçtərəfli bəyanata uyğun fəaliyyətimiz çərçivəsində bu gün Bakıya şəxsən özüm iki rayonun mina xəritələrini verdim. Bu xəritələr erməni birlikləri tərəfindən Dağlıq Qarabağda keçmiş konflikt zamanı basdırılmışdı. Öz növbəsində Azərbaycan 15 erməni hərbçini azad etdi və onlar Rusiya sülhməramlılarının təyyarəsi ilə İrəvana çatdırıldı”, deyə qeyd edib.

O bildirib ki, Rusiya tərəfi gələcəkdə də üçtərəfli bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməyə davam edəcək.

Qeyd edək ki, ötən gün Ermənistan Füzuli və Zəngilanda basdırılan 92 min tank və piyada əleyhinə mina xəritələrini Azərbaycana təhvil verib, əvəzində isə 15 erməni terrorçu geri qaytarılıb.

Qaytarılanlardan 12-si barədə iki gün öncə Ağır Cinayətlər Məhkəməsində sərhəd pozuntusu ittihamı ilə 6 aylıq həbs cəzası verilmişdi.

Həmin açıqlamanı təqdim edirik:

Xuraman Etibarlı

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*