Rüstəm Muradov Njdenin heykəlinin sökülməsinə GÖSTƏRİŞ VERİBbackend

Rüstəm Muradov Njdenin heykəlinin sökülməsinə GÖSTƏRİŞ VERİB

Azərbaycanın Xocavənd şəhərində erməni faşistlərinin lideri Qaregin Njdenin heykəlinin götürülməsi cəhdi baş tutmayıb.

KONKRET.az  xəbər verir ki, Rusiya sülhməramlı qüvvələrinin komandiri Rüstəm Muradovun abidənin sökülməsi ilə bağlı verdiyi göstəriş icra olunmayıb. Yerli sakinlər və Ermənistandan gələn radikal millətçilər heykəlin götürülməsinə mane olublar. Hadisə zamanı sülhməramlılarla sakinlər arasında gərginlik yaranıb.

Rusiya sülhməramlı kontingentinin komandiri Rüstəm Muradov heykəli mayın 9-da Qələbə Gününə qədər götürülməsini tələb edib. Abidənin Xocavənddən yığışdırılmasını Rusiya ilə yanaşı Azərbaycan da tələb edir./modern.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*