Ruzbeh Məmməd vəzifəsindən getdibackend

Ruzbeh Məmməd vəzifəsindən getdi

Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat katibi Ruzbeh Gülümov (Məmməd) vəzifəsindən ayrılıb.

KONKRET.az xəbər verir ki, bununla bağlı o, sosial şəbəkə hesabında paylaşım edib.

O, işdən öz istəyi ilə ayrıldığını bildirib:

“Kliniki Tibbi Mərkəzlə (“Semaşko”) yollarımız ayrıldı. 4 ilə yaxın müddətdə jurnalist həmkarlarımla çox yaxşı əlaqələrimiz oldu, çox yaxşı anlaşdıq. Bu müddət ərzində mənə ünvanlanan sorğuları cavabsız qoymamağa, həmkarların işini ləngitməməyə çalışdım. Mənə müraciət edən heç kimi geri çevirmədim. Məndən asılı olmayan səbəbləri isə sizlər də anlayışla qəbul etdiniz. Məhz buna görə hər birinizə minnətdaram. Hər zaman sağlam qalın, bu dünyada ondan dəyərli nemət yoxdur”.

Qeyd edək ki, R.Məmməd 2023-cü ildən sözügedən vəzifəni icra edirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*