Saakaşvili Gürcüstan Prezidentinə müraciət edib.
KONKRET.az xəbər verir ki, hazırda həbsdə olan Gürcüstanın eks-prezidenti Mixail Sakaşvili Facebook səhifəsində paylaşım edib.
Saakaşvili hazırkı prezident Salome Zurabişviliyə müraciət edərək onun son bəyanatlarını dəstəklədiyini bildirib.
“Mən prezident Zurabişvilinin son günlər verdiyi bəyanatları və onun azadlıq uğrunda mübarizəyə çağırışını dəstəkləyirəm.
Fikrimcə, bütün siyasi qruplar Rusiya çevrilişinə qarşı birləşməli, həmçinin prezidentlə fasiləsiz məsləhətləşmələr aparmalıdır”, – deyə o yazıb.
Saakaşvili gürcü siyasətçilərinə müraciət edərək deyib ki, “indi narazılıqları xatırlamaq vaxtı deyil”.
O, həmçinin Zurabişvilini statusundan istifadə etməyə və Moskvanın guya Gürcüstanda hakimiyyəti ələ keçirməyə hazırlaşdığı barədə “bütün dünyanı xəbərdar etməyə” çağırıb.
Xuraman Etibarlı,
KONKRET.az

Saakaşvili ağır xəstə olsa da,yenə də siyasi arenadan çıxış edir.Amma onun özünü düşünüb kömək edəni yox. Prezident olmuş belə bir şəxs nadir hallarda hakimiyyət başına gəlir.Durumu çox ağırdı.Xəstəxanadan görüntülənən gerçəkdən bu liderdisə,çox təəssüf edirəm.Saakaşvilini ölməyə qoymayın.Gürcü xalqı hara baxırsız??