Saakaşvilinin meyitdən fərqi yoxdur, sanki bu dəqiqə öləcək – Vəkilibackend

Saakaşvilinin meyitdən fərqi yoxdur, sanki bu dəqiqə öləcək - Vəkili

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin vəkili onun səhhəti barədə son açıqlama verib.

KONKRET.az bakupost-a istinadən xəbər verir ki, eks-prezidentin vəkili Şalva Xaçapuridze onun vəziyyətini ölü ilə müqayisə edib.

O, bildirib ki, siyasətçinin səhhəti çox ağırlaşıb:

“Saakaşvili çox ağır durumdadır. Üzü göyərib, əlləri gücsüzdür. Üzünə baxanda sanki meyitdir. Elə bil ki, 2-3 gün qabaq ölmüş insanın simasıdır. Çox ağır durumdadır. Onun xəstəlikləri Gürcüstanda müalicə oluna bilməz”.

Vəkil Saakaşvilinin cəzasının həkimlər qəti rəy verənə qədər təxirə salınmasının vacibliyini qeyd edib: “Onun üçün xüsusi yer lazımdır ki, o müalicə olunsun”.

Hazırda Saakaşvili may ayından köçürüldüyü özəl klinikada yatır. Amma səhhətində irəliləyiş yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*