Saatlıda qatar minik avtomobili ilə toqquşub, ölən varbackend

Saatlıda qatar minik avtomobili ilə toqquşub, ölən var

Saatlı rayonunda qatar avtomobillə toqquşub.

KONKRET.AZ xəbər verir ki, hadisə bu gün səhər saatlarında Saatlı rayonunun Hacıqasımlı kəndinin ərazisindən keçən hissəsində baş verib.

Rayon ərazisindən dəmir yolunun keçdiyi yerin qorunmayan hissəsində “VAZ-2106” markalı avtomobil dəmir yoluna çıxıb. Nəticədə qatar avtomobili vurub.

Qəza nəticəsində “VAZ 2106” markalı avtomobildə olan sürücü dünyasını dəyişib, sərnişin isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*