Sabah Sumqayıt şəhərində bəzi ərazilərin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.
KONKRET.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB Sumqayıt QİS-dən məlumat verilib.
Bildirilib ki, şəhərin Heydər Əliyev prospektində korroziyaya uğramış d159 mm-lik yeraltı orta təzyiqli qaz xəttinin PE225 mm-lik polietilen qaz xətləri ilə əvəzlənməsi ilə əlaqədar yeni çəkilmiş xətlərin qaz mənbəyinə qoşulması məqsədilə təmir işləri aparılacaq.
Bununla əlaqədar avqustun 14-də saat 10:00-dan “Şəhər-1” PE315 mm-lik yeraltı orta təzyiqli qaz xəttinin bir hissəsində qaz təchizatı dayandırılacaq.
Nəticədə Sumqayıtın 1, 2, 3, 4, 5, 7-8-9, 12, 14, 15, 16, 17, 18, 19, 20, 21, 29, 34 və 49-cu məhəllələri, 1, 2, 5 və 6-cı mikrorayonları, Qızılqum və Betonzavod əraziləri, həmçinin İnşaatçılar qəsəbəsində yaşayan ümumilikdə 29 min abonentin qaz təchizatında məhdudiyyət yaranacaq.
Qaz təchizatı işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.
