Sabah Bulvarda pulsuz xidmət və hədiyyə olacaqbackend

Sabah Bulvarda pulsuz xidmət və hədiyyə olacaq

Dənizkənarı Bulvarda Dövlət Bayrağı Günü münasibəti ilə bayram tədbiri keçiriləcək.

KONKRET.AZ xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsindən verilən məlumata görə, sabah saat 12-dən Dövlət Bayrağı Günü münasibətilə bulvar ərazisində pulsuz “face-art” təşkil ediləcək. 10 nöqtədə keçiriləcək aksiyada arzu edən hər kəsin üzünə boya ilə bayraq şəkilləri çəkiləcək. “Face-art”dan istifadə edən bütün qonaqlara pulsuz bayraqlar hədiyyə olunacaq.

“Face-art” Dənizkənarı Milli Parkın aşağıda qeyd olunan nöqtələrində təşkil olunacaq:

Ağ Şəhər (Uşaq meydançası), Dəniz vağzalı “Qorxulu ev” attraksionunun qarşısı, “Park Bulvar”ın yanı (2 nöqtədə), “Sahil” metro stansiyasının çıxışı istiqaməti, Kukla Teatrının ətrafı (2 nöqtədə), Azneft Meydanı, Venesiya Şəhərciyi, Panoram Attraksion.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*