Dənizkənarı Bulvarda Dövlət Bayrağı Günü münasibəti ilə bayram tədbiri keçiriləcək.
KONKRET.AZ xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsindən verilən məlumata görə, sabah saat 12-dən Dövlət Bayrağı Günü münasibətilə bulvar ərazisində pulsuz “face-art” təşkil ediləcək. 10 nöqtədə keçiriləcək aksiyada arzu edən hər kəsin üzünə boya ilə bayraq şəkilləri çəkiləcək. “Face-art”dan istifadə edən bütün qonaqlara pulsuz bayraqlar hədiyyə olunacaq.
“Face-art” Dənizkənarı Milli Parkın aşağıda qeyd olunan nöqtələrində təşkil olunacaq:
Ağ Şəhər (Uşaq meydançası), Dəniz vağzalı “Qorxulu ev” attraksionunun qarşısı, “Park Bulvar”ın yanı (2 nöqtədə), “Sahil” metro stansiyasının çıxışı istiqaməti, Kukla Teatrının ətrafı (2 nöqtədə), Azneft Meydanı, Venesiya Şəhərciyi, Panoram Attraksion.