“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk matçına çıxacaq.
KONKRET.az xəbər verir ki, o, səfərdə İsrailin “Hapoel” klubu ilə (Beer-Şeva) üz-üzə gələcək.
Buxarestdəki “Quleşti” stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək qarşılaşmanı italiyalı FIFA referisi Davide Massa idarə edəcək.
Cavab görüşü avqustun 25-də keçiriləcək.
