“Atəşi artıq mayın 12-dən dayandırmaq lazımdır”.
KONKRET.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram hesabında yazıb.
“Dünya bunu çoxdan gözləyir. Müharibənin başa çatması üçün ilk mühüm addım atəşin dayandırılmasıdır. Sabahdan atəşi dayandırmaq lazımdır. Bir gün belə öldürməyə davam etmək mənasızdır. Gözləyirik ki, Rusiya mayın 12-dən atəşin tam, uzun müddətli və etibarlı şəkildə dayandırılmasını təsdiqləyəcək. Ukrayna Rusiya ilə görüşə hazırdır”.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin mayın 15-də İstanbulda Moskva və Kiyev arasında danışıqların bərpasını təklif edib.