Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldubackend

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu

Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib.

KONKRET.az-ın məlumatına görə, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altında qalıb.

Nəticədə, 1963-cü il təvəllüdlü Rüqayyə Nurəli qızı Məmmədova həyatını itirib. Xəsarət alan 1976-cı il təvəllüdlü Səidə Əsgər qızı Zamanova Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şərur Rayon Prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*