20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən KONKRET.az-a verilən məlumata görə, proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək.
Bildirilib ki, şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
