Sağlığında baş daşı sifariş edənlər: Pis niyyət, yoxsa özünə “gün ağlayanlar” – VİDEObackend

Sağlığında baş daşı sifariş edənlər: Pis niyyət, yoxsa özünə “gün ağlayanlar” - VİDEO

Hələ sağ ikən özünə qəbir qazdıranlar… Öz ayaqları ilə məzarlarına gələnlər… Bir neçə ildir ki, belə tendensiya var. Konkret.az-ın şimal bölgəsinin müxbiri Cəlal Fərzəliyev Xaçmaz məzarlığında olub. Müxbirimizin sözlərinə görə, təəssüf ki, diri ikən baş daşı sifariş edənlərin sayı getdikcə artır. Səbəblər müxtəlifdir. Burada psixoloji, fəlsəfi, ruhani və sosioloji məqamlardan çox danışmaq olar.   Xaçmazda 10-a yaxın sakin tanıyıram ki, özünə qəbir qazıb, məzar daşını düzəltdirib. Kəfənini belə alıb məzarlıqda saxlayanlar da var. Hazırda Xaçmaz şəhər məzalığında sahibini gözləyən 2 qəbir və 3 məzar daşı var. Onlar vaxtaşırı məzarlığa gəlib öz əlləri ilə qazdıqları qəbirlərinə baş çəkirlər. Mollanın sözlərinə görə, bu vəziyyət əvvəllər dəhşətli sayılırdısa, indi bu, adi hal alıb. Xaçmazda diri ikən özünə baş daşı düzəltdirənlərin bəzilərinin övladı, yaxınları, qohum-əqrəbası yoxdur. Onların fikrincə, ölmüş insanı onun varisləri, qohumları, tanış adamları basdırmalıdır. Amma elələri var ki, bundan məhrumdur. Odur ki, belələri özünə “gün ağlayır”. Ötən il 4 insan özü qazdığı məzarda dəfn olunub. Xaçmazda hətta sağlığında özünə ehsan verənlər də tapılır.

Öz məzarının üstündə özü üçün “Yasin” oxuyub dua edənlərin simasındakı ifadələrdən isə kitablar yazmaq olar.

Qeyd edək ki, sahibləri tərəfindən sifariş olunan məzar daşlarının üzərində ad soyad və yalnız doğum tarixi qeyd olunur.

Cəlal Fərzəliyev

Bir cavab yazın