Sahibi ilə çimərliyə gedən eşşək dənizdə boğuldubackend

Sahibi ilə çimərliyə gedən eşşək dənizdə boğuldu

Türkiyənin Alanya şəhərində sahibinin sərinləmək üçün dənizə apardığı eşşək boğulub.

KONKRET.az “Haberler.com”a istinadla xəbər verir ki, hadisə Alanyanin “Kleopatra” çimərliyində baş verib. Belə ki, Mehmet adlı vətəndaş sərinləmək üçün eşşəyi ilə birgə dənizə girib.

Bir müddət  sonra sahibi suda çırpınan uzunqulağı ətrafdakı insanların köməyilə dənizdən çıxardıb.

Heyvana süni tənəffüs verən Mehmetin bütün səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Göz yaşlarına hakim ola bilməyən Mehmeti ətrafdakı turistlər sakitləşdirməyə çalışıb.

Hadisə yerinə Alanya Bələdiyyəsinin nümayəndələri gəlib və heyvanı basdırmaq üçün ərazidən götürüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*