Sahibkar arvadını öldürən şəxsin işi Ali Məhkəmədəbackend

Sahibkar arvadını öldürən şəxsin işi Ali Məhkəmədə

Bakıda arvadını qətlə yetirməkdə ittiham olunan Vüsal Bayramovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək proses avqustun 20-nə təyin edilib.

Şikayət hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.

Xatırlatma: Hadisə 2022-ci ilin sentyabr ayında paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

Nizami rayon prokurorluğunun yaydığı məlumatda bildirilib ki, sentyabrın 2-i saat 23 radələrində Məmmədəli Şərifli küçəsində 1995-ci il təvəllüdlü Ayşə Abdınovanın öldürülməsi barədə məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Vüsal Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Ayşə Abdınovanın qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Vüsal Bayramov barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Vüsal Bayramov arvadı Ayşə Abdınovanı qəsdən öldürməkdə təqsirli bilinərək 9 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd: Ayşə Abdınova bir neçə geyim mağazasının sahibi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*