Sahibsiz itlər 67 yaşlı qadına XƏSARƏT YETİRDİbackend

Sahibsiz itlər 67 yaşlı qadına XƏSARƏT YETİRDİ

İsmayıllı rayonunda 67 yaşlı qadın sahibsiz itlərin hücumuna məruz qalıb.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, sahibsiz itlər rayonun Qubaxəlilli kənd sakini, 1956-cı il təvəllüdlü Yusifova Aidə İlyas qızına yaşadığı evin həyətində hücum edib.

Küçə itləri qadının üz, baş və çiyin nahiyyəsindən dişləyərək ona xəsarət yetiriblər.

Yaralı qadın təcili tibbi yardım avtomobili ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Xəsarətləri ağır olan qadına həmçinin quduzluğa qarşı vaksin vurulub, hazırda müalicə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*