Şahmat üzrə Azərbaycan çempionatının ilk yarımfinalçıları BƏLLİ OLDUbackend

Şahmat üzrə Azərbaycan çempionatının ilk yarımfinalçıları BƏLLİ OLDU

Şahmat üzrə Azərbaycan çempionatının 1/4 final mərhələsinin ikinci oyunları keçirilib.

KONKRET.az xəbər verir ki, kişilərin yarışında Şəhriyar Məmmədyarov yenidən qələbə qazanaraq ilk yarımfinalçı olub.

İlk partiyada heç-heçə edən Misrətdin İsgəndərov son ölkə çempionu Aydın Süleymanlıya qalib gələrək yarımfinala vəsiqə qazanıb. Vüqar Əsədli – Teymur Rəcəbov və Rauf Məmmədov – Əhməd Əhmədzadə görüşlərində iki partiyadan sonra bərabərlik qeydə alındığından qalib tay-brekdə məlum olacaq.

Qadınların yarışında bir yarımfinalçı rəsmiləşib. Avropa çempionu Ülviyyə Fətəliyeva hər iki görüşdə Zeynəb Məmmədyarovadan üstün olmaqla yarımfinala adlayıb. Gövhər Beydullayeva ilk partiyada uduzduğu Türkan Məmmədyarovadan məğlubiyyətin əvəzini çıxıb. Günay Məmmədzadə – Səbinə İbrahimova, Gülnar Məmmədova – Xanım Balacayeva görüşləri yenidən heç-heçə başa çatıb. Bu cütlərdə yarımfinala vəsiqənin sahibi tay-brekdə məlum olacaq.

 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*