Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaqbackend

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) məlumat yayıb.

Bildirilib ki, avqustun 3-də 35 kV-luq Xətai elektrik verilişi xəttində aparılacaq yenidənqurma işləri ilə əlaqədar 35/10 kV-luq Xətai yarımstansiyasından qidalanan elektrik xətlərində müvəqqəti enerji fasiləsi yaranacaq.

Məlumata görə, avqustun 3-də saat 05:00-dan 07:00-dək Məktəb, Xətai Qəsəbə və Asfalt Zavod hava elektrik verilişi xətləri üzrə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Bunun nəticəsində Naxçıvan şəhərinin 21, 22, 35, 36, 48, 49, 50 və 52-ci məhəllələrində, həmçinin Abbas Zamanov və Xətai küçələrində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Qeyd olunub ki, yenidənqurma işləri başa çatdıqdan sonra göstərilən ərazilərin abonentlərinin elektrik enerjisi ilə təchizatı bərpa ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*