Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman İranla yaşanan gərginliklə bağlı açıqlama verib.
KONKRET.AZ xəbər verir ki, vəliəhd CBS kanalının “60 Minutes” verilişində sualları cavablandırıb.
Açıqlaması zamanı Salman: “Beynəlxalq ictimaiyyət İranın qarşısını almaq üçün birləşməsə, neftin qiyməti ağlasığmaz dərəcədə yüksələcək və dünya maraqlarını təhdid edən daha çox gərginliklər yaşanacaq”, – xəbərdarlığını edib.
Məhəmməd bin Salman İranla aralarındakı gərginliyi daha çox siyasi yolla həll etmək istədiklərini, iki ölkə arasındakı müharibənin dünya iqtisadiyyatının çökməsinə səbəb ola biləcəyini vurğulayıb.
Daha sonra səudiyyəli vəliəhd Cemal Kaşıkçının öldürülməsi üçün əmr verdiyini “Qətiyyən, xeyr!” deyərək, səsləndirilən iddiaları rədd edib.
Hazırladı: Firuzə ALİMOVA
