Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili kollegiya tərəfindən yeni prezident Mixail Kavelaşvilinin seçilməsinə reaksiya verib.
KONKRET.az xəbər verir ki, Tbilisidə keçirilən etiraz aksiyasında o, bir daha israr edib ki, xalqın səs vermədiyi bu seçkilər qeyri-legitimdir.
“Heç nə yoxdur. Heç kim heç kimi seçməyib. Heç nə olmayıb” deyə o elan edib.
Zurabişvili seçkiləri qeyri-legitim hesab edən nümayişçilərə təşəkkür edib.
KONKRET.az