Samuxda 54 yaşlı kişi döyülüb.
KONKRET.az-ın xəbərinə görə, hadisə rayonun Ağasıbəyli kəndində baş verib. Kənd sakini 1968-ci il təvəllüdlü Qələm Həsənov kəllə-beyin travması ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə yardım göstərilib, vəziyyəti ağırdır. Məlumata görə 54 yaşlı Q.Həsənov döyülüb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır
