Samuxda partlayış: 1 nəfər xəsarət aldıbackend

Samuxda partlayış: 1 nəfər xəsarət aldı

Samux rayonunda elektrik yarımstansiyasının əməkdaşı yanıq xəsarətləri alıb.

KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Ziyadlı kəndində qeydə alınıb.

1962-ci il təvəllüdlü Bayramov İslam Əlinağı oğlu bədənin 2-ci 3-cü dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, xəsarət alan şəxs Bayramov İslam Samuxda elektrik yarımstansiyasının əməkdaşıdır. Hadisə zamanı həmin şəxs növbədə olub, təmir işləri aparan zaman partlayış baş verib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*