Sanksiyalar Minski Moskva ilə yaxınlaşdırmayacaq: Batya isə rus puluna arxalanırbackend

Sanksiyalar Minski Moskva ilə yaxınlaşdırmayacaq: Batya isə rus puluna arxalanır

Belarus Qərbin gücləndirilmiş sanksiyalarından bəhanə kimi istifadə edərək Rusiyadan yardım istəyir.

KONKRET.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert Andrey Suzdalçev deyib.

O bildirib ki, sanksiyalar Minski Moskva ilə daha da yaxınlaşdırmayacaq:

“Sonuncu sanksiylar öncəki sanksiyalarda olan “boşluqları” doldurdu. Sərt məhdudiyyətlərdir, mümkündür ki, 3-4 ay ərzində Belarus iqtisadiyyatına təsir etsin. Lakin Lukaşenko sakitdir, düşünür ki, nə etsə belə, Rusiya yardım edir. Rusiya puluna arxalanır”, – deyə Suzdalçev bildirib./axar.az/

Qeyd edək ki, ABŞ administrasiyası bir neçə gün öncə Belarusa qarşı sanksiyaların sərtləşdirilməsi barədə qərar qəbul edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*