Sankt-Peterburqda anbar yanır – 82 min kvadratmetr ərazisi…backend

Sankt-Peterburqda anbar yanır - 82 min kvadratmetr ərazisi alovlandı - VİDEO 

Sankt-Peterburqun cənub-şərqində yerləşən Puşkin rayonunda avqustun 23-nə keçən gecə anbar binasında güclü yanğın baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın şəhər üzrə Fövqəladə Hallar Nazirliyinin idarəsi məlumat yayıb.

Bina Kolpinskoye şossesi, 135 ünvanında, böyük anbar ərazisində yerləşir. Hazırda yanğının sahəsi 82 min kvadratmetr təşkil edir. İlkin məlumatlara görə, ölçüləri 680 metrə 120 metr olan anbarda müxtəlif təyinatlı mallar və məhsullar olub.

Yanğının əhatə etdiyi ərazi əvvəlcə 22 min kvadratmetr qiymətləndirilib, daha sonra 60 min kvadratmetrədək, ardınca isə 82 min kvadratmetrədək artıb. Yanğının mürəkkəblik dərəcəsi də tədricən ikinci dərəcədən dördüncü dərəcəyədək yüksəldilib.

Başvermə səbəbləri hələlik bilinməyən yanğın barədə ilk məlumat FHN-ə Moskva vaxtı ilə saat 01:56-da (Bakı vaxtı ilə 02:56-da) daxil olub. Yanğına dördüncü mürəkkəblik dərəcəsi verilib. Alovun söndürülməsinə 217 nəfər canlı qüvvə və 65 vahid xüsusi texnika (o cümlədən FHN-in 132 əməkdaşı və 42 avtomobili) cəlb olunub.

“Baza” Telegram kanalı bildirir ki, bina İjorsk sənaye zonasının ərazisində yerləşir. “Astra” Telegram kanalının məlumatına görə, yanğının baş verdiyi yerdən 350 metr məsafədə “Ozon” marketpleysinin anbarı yerləşir. Bununla yanaşı, avqustun 23-nə keçən gecə şəhər hakimiyyəti pilotsuz uçuş aparatı və ya raket təhlükəsi barədə məlumat verməyib. Yanğının başvermə səbəbi hələlik məlum deyil.

Bundan başqa, yanan anbardan 7 kilometrdən az məsafədə ağır maşınqayırma sahəsində fəaliyyət göstərən İjorsk zavodunun obyektləri yerləşir. Müəssisənin saytında qeyd olunduğu kimi, burada, xüsusilə, atom energetikası, metallurgiya və neft-kimya sahələri üçün avadanlıqlar istehsal olunur.

Yanan anbardan 17 və 20 kilometr məsafədə isə Şuşarı və Utkina zavod ərazilərində “Wildberries” marketpleysinin iki anbarı yerləşir.

Qeyd edək ki, iyulun 24-nə keçən gecə Ukrayna dronlarının hücumundan sonra şirkətin nümayəndələri bu logistika mərkəzlərinin fəaliyyətinin “müvəqqəti dayandırıldığını” açıqlamışdılar. İyulun ortalarından etibarən Rusiyada “Wildberries” obyektləri mütəmadi olaraq zərbələrə məruz qalır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*