Rusiyanın Sankt-Peterburq şəhərində sərnişin avtobusu körpüdən Moyka çayına açıb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, hadisə zamanı 1 nəfər həlak olub, daha 5 nəfər isə xəsarət alıb.
Ümumilikdə avtobusda 20 nəfərin olduğu bildirilir. Hazırda qəza yerində xilasetmə işləri davam etdirilir.
***
Qəza zamanı həlak olanların sayı 4 nəfərə çatıb. Daha 4 nəfərin isə vəziyyətinin ağır olduğu bildirilir.
***
Hadisə nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
Bu barədə İstintaq Komitəsinin mətbuat xidməti teleqram kanalında məlumat yayıb.