Sarkisyanın mühafizə xidmətinin keçmiş rəisinə cinayət işi açıldıbackend

Sarkisyanın mühafizə xidmətinin keçmiş rəisinə cinayət işi açıldı

Ermənistan Baş prokurorluğu eks-prezident Serj Sarkisyanın mühafizə xidmətinin keçmiş rəisi Vaçaqan Kazaryana, onun həyat yoldaşına və onlara məxsus “Yans” klubunun rəhbərliyinə qarşı cinayət işi açıb.

KONKRET.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, onlar hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunurlar.

Onlardan yaşayış yerini tərk etməmək barədə öhdəlik alınıb.

Vaçaqan Kazaryan, yoldaşı və “Yans” klubunun direktoru ilə birlikdə 2017-ci ildə klubun mühasibatçısından hədə-qorxu yolu ilə 100 min dollar vəsait tələb etməkdə təqsirləndirilir.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*