Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov Badamdarda baş verən sürüşmə ərazisinə gedib.
KONKRET.AZ APA-ya istinadla xəbər verir ki, V. Zeynalov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birlikdə əraziyə baxış keçirib.
Qeyd edək ki, yanvarın 9-da səhər saatlarında Səbail rayonunun Badamdar qəsəbəsində torpaq sürüşməsi baş verib.
Sürüşmə nəticəsində 20-ci sahəyə gedən yol bağlanıb.


