Səfərbərlik elan edildikdən sonra Rusiyanı 261 min kişi TƏRK EDİBbackend

Səfərbərlik elan edildikdən sonra Rusiyanı 261 min kişi TƏRK EDİB

Prezident Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra Rusiyanı 261 min kişi tərk edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Novaya qazeta. Avropa” Rusiya prezidentinin administrasiyasındakı mənbəyinə istinadən məlumat yayıb.

Kreml daxilində hərbi yaşda olan kişilər üçün sərhədlərin bağlanması ilə bağlı müzakirələr sentyabrın 21-də Rusiyanı tərk edən kişilərin sayı ilə bağlı FTX-nin rəqəmləri bildirməsindən sonra başlayıb.

“Prezident Administrasiyasında elə bir atmosfer var ki, təhlükəsizlik qüvvələri və Müdafiə Nazirliyi Putini çox gec olmadan çıxışı bağlamağa inandıra biləcək”, – Prezident Administrasiyasının adı çəkilməyən rəsmisi qeyd edib.

Kremldəki mənbə FTX-nin məlumatlarının doğruluğuna şübhə edir, çünki FTX sərhəd xidməti “belə tez işləməyib”.

Xatırladaq ki, Rusiya qismən səfərbərlik çərçivəsində orduya 300 min nəfər cəlb etmək istəyir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*