Şəhid mayor Anar Novruzov Masallıda dəfn edildi – YENİLƏNİBbackend

Şəhid mayor Anar Novruzov Masallıda dəfn edildi - YENİLƏNİB

İyulun 13-dən 14-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlər zamanı  ordumuzun şəhid olan mayoru Novruzov Anar Gülverdi oğlu Masallı rayonu Ərkivan qəsəbəsinin qəbiristanlığında dəfn edilib. 

KONKRET.az-ın verdiyi məlumata görə, şəhidin tabutuna bükülmüş Azərbaycan Bayrağı övladına təhvil verilib.

========================================================================================

İyulun 13-dən 14-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlər nəticəsində şəhid olan Azərbaycan Ordusunun mayoru Novruzov Anar Gülverdi oğlunun nəşi doğulduğu Masallı rayonu, Ərkivan qəsəbəsinə gətirilib.

KONKRET.az-ın verdiyi məlumata görə, şəhid mayorun vida mərasiminə rayon icra aparatının əməkdaşları, millət vəkilləri, hərbçilər və ictimaiyyət nümayəndələri qatılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*