Zaman-zaman şəhid ailələrinə ödənilən müavinət ətrafında müzakirələr gedir.
KONKRET.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondundan globalinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Qanunvericiliyə əsasən, şəhid ailəsinə Prezident təqaüdü olaraq ayda 700 manat ödənilir:
“Həmçinin təqaüd şəhidin ailə üzvlərinin sayına bərabər bölünməklə dövlət büdcəsi vəsaiti hesabına verilir. Aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir:
– ər-arvadı;
– valideynləri;
– 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları (əyani təhsil müəssisələrində təhsil aldıqda 23 yaşınadək);
– qardaşları və bacıları (uşaq evlərində tərbiyə olunanlar);
– qanunla övladlarını saxlamalı şəxs yoxdursa, babaları və nənələri”.
