İmişli Rayon İcra Hakimiyyəti rayonda şəhid ailələrinin yaşadığı və şəhid adı verilmiş küçələrdə yolların əsaslı təmiri işləri ilə bağlı elan etdiyi satınalma müsabiqəsinə yekun vurub.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, prosesin həyata keçirilməsi üçün “İS.M.M.” MMC ilə tərəflər arasında ümumi maliyyə dəyəri 550 min 41,91 manat təşkil edən müqavilə imzalanıb.
Qeyd edək ki, sözügedən şirkət 2004-cü ildə təsis olunub (VÖEN: 1400006201), nizamnamə kapitalı 2 897 170 manat təşkil edir.
