Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarının ləğv olunduğunu elan edib.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, söhbət “Saha Robotik ve Teslimat Teknolojileri Anonim Şirketi”nin (VÖEN: 1308419741) və “Papel Elektronik Para ve Ödeme Hizmetleri Anonim Şirketi”nin (VÖEN: 1008965741) Azərbaycandakı filiallarından gedir.
“Saha Robotik ve Teslimat Teknolojileri”nin kreditorları iki ay ərzində tələblərini AZ1073, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 25, mənzil 1 ünvanına, “Papel Elektronik Para ve Ödeme Hizmetleri”nin kreditorları isə AZ1147, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 495, M14, mənzil 4 ünvanına bildirə bilərlər.
