Hərbi xidmətə çağırış: Möhlət hüququ olan şəxslər hansı hallarda azad edilə bilərlər? – AÇIQLAMAbackend

Hərbi xidmətə çağırış: Möhlət hüququ olan şəxslər hansı hallarda azad edilə bilərlər? – AÇIQLAMA

2027-ci il yanvarın 1-dən növbəti hərbi xidmətə çağırışın başlanması ilə əlaqədar təhsilə və digər qanuni əsaslara görə möhlət hüququ olan şəxslərin hansı hallarda çağırışdan azad edilə biləcəyi maraq doğurur.

Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, hərbi xidmətə çağırışdan möhlət hüququ olan şəxslərin dairəsi qanunvericiliklə müəyyənləşdirilib.

Ekspertin sözlərinə görə, təhsil və sağlamlıq vəziyyəti ilə əlaqədar möhlət hüququ olan şəxslər barədə məlumatlar aidiyyəti dövlət qurumunun elektron sistemində əks olunur:

“Təhsil alan şəxslərin qeydiyyatda olduqları rayon və şəhər üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarında onların təhsillərini nə vaxt başa vuracaqlarına dair məlumatlar mövcuddur. Müvafiq sənədlər təqdim edildiyindən həmin şəxslərin təhsil və ya sağlamlıq vəziyyəti ilə bağlı möhlət hüququ sistemdə əks olunur. Lakin təhsilini başa vuran və hərbi xidmətə çağırışdan azad edilmək üçün digər qanuni əsası olmayan şəxslər 30 yaşına qədər Vətən qarşısında konstitusiya borclarını yerinə yetirməlidirlər”.

Üzeyir Cəfərov hərbi xidmətdən yayınmaya görə məsuliyyət məsələsinə də toxunaraq vətəndaşları qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb.
Hərbi ekspert, həmçinin yüksək dövlət vəzifələrinə təyin olunan şəxslərlə bağlı təklifini səsləndirib:

“Mənim bir vətəndaş olaraq əsas təkliflərimdən biri yüksək vəzifələrə təyin olunan şəxslərin mütləq hərbi xidmət keçməsidir. Bu dövlətin və xalqın nümayəndəsi olan şəxs ali təhsil almaqla yanaşı, Vətən qarşısında hərbi xidmət borcunu da yerinə yetirməlidir”, – deyə ekspert vurğulayıb.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*