Ukrayna müharibənin 1735-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 641 489 hərbçi, 12 493 ədəd tank, 25 952 ədəd zirehli döyüş maşını, 52 786 ədəd artilleriya sistemi, 2 301 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 769 hava hücumundan müdafiə sistemi, 452 ədəd hərbi təyyarə, 356 ədəd helikopter, 3 217 ədəd yerüstü robot-texnika kompleksi, 619 416 ədəd PUA, 179 084 ədəd avtomobil texnikası, 5 278 qanadlı raket, 36 gəmi/kater, 2 sualtı qayıq, 4 932 xüsusi avadanlıq itirib.
